Britaniyanın səhiyyə naziri Starmerə etiraz olaraq istefa verdi

Böyük Britaniyanın səhiyyə naziri Ues Stritinq Baş nazir Kir Starmerə etiraz olaraq istefa verdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, baş nazirə ünvanlandığı məktubunda bildirib.

“Bu həftənin əvvəlindəki söhbətimizdən bildiyiniz kimi, liderliyinizə olan inamı itirdiyim üçün, başqa cür etməyin vicdansızlıq və prinsipsizlik olacağı qənaətinə gəldim”, - Stritinq vurğulayıb.

Səhiyyə naziri Baş nazirin ardıcıl əksini iddia etməsinə baxmayaraq, Kir Starmerin növbəti seçkilərə Leyborist Partiyasını qələbəyə aparmayacağına əminliyini ifadə edib.