Rusiya-Ukrayna müharibəsinə İstanbulda son qoyulmalıdır.
Axar.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Rusiya-Ukrayna müharibəsi ilə bağlı jurnalistlərə açıqlaması zamanı deyib.
O, Rusiya-Ukrayna müharibəsinin İstanbulda aparılacaq danışıqlar vasitəsilə başa çatdırılmasının vacibliyini vurğulayıb.
Ö.Çelik bildirib ki, uzanan münaqişəyə mümkün qədər tez son qoyulmalıdır.