Bu ölkədə güclü zəlzələ oldu

Tayvan sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Bildirilib ki, zəlzələnin episentri Tayçunq şəhərindən 99 kilometr şərqdə, 18 km dərinlikdə qeydə alınıb.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib.