İran həmişə danışmaq istəyir, amma tez-tez sözündən dönür.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
O bildirib ki, ABŞ-ın məqsədi qalib gəlməkdir:
“Bilirsiniz, biz sadəcə qazanmaq istəyirik. Biz çox yaxşı iş görürük. Biz belə bir vəziyyətdə mümkün qədər mehriban olmağa çalışırıq. Onların nüvə silahı ola bilməz. Əgər olsaydı, Yaxın Şərq artıq yer üzündən silinmiş olardı. Biz onları çox sərt vuracağıq. Bir anda deyəcəklər ki, biz artıq buna dözə bilmərik”.