"Buzlar” əriyəcəkmi?- “Rəisi sərt ritorikasından əl çəkməsə...”
Banuçiçək Kalbalıyeva
12:42 22.06.2021
Dünya
559
İranın yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisi keçirdiyi ilk mətbuat konfransında ABŞ-la münasibətlərdən danışıb. O, bildirib ki, ABŞ İrana qarşı sanksiyaları ləğv etməlidir. “Onlar nüvə anlaşmasını pozdular, Avropa İttifaqı da müqavilənin müddəalarına əməl etmədi”.- deyə, prezident bildirib. Rəisi hakimiyyətə gələr-gəlməz “Burda mənəm, Bağdadda kor xəlifə” deməyə başladı. Görünür, bölgəni çətin günlər gözləyir.
Bu barədə “Sherg.az”a danışan Natiq Mirinin fikrincə, Rəisinin hakimiyyətə gətirilməsi məqsədyönlüdür:
“Bildiyiniz kimi, o, qatı mühafizəkardır və sərt siyasət yeridir. Əlbəttə, prezident “seçilməsi” təsadüfi deyil. Çünki ali liderin dəyişməsi məsələsi gündəmdədir. Bu, daxildə qarışıqlıq, xaos yarada bilər. Yalnız Rəisi kimi sərt siyasətçi həmin prosesin dinc keçməsini təmin etməyi bacarar”.
N. Mirinin sözlərinə görə, bundan sonra Tehranla Vaşinqton arasındakı “buzların əriməsini” gözləmək əbəsdir:
“Rəisinin bəyanatlarında xoş mesaj yoxdur. Əksinə, o, ABŞ-ı ittiham edir. Halbuki ABŞ zəifləmiş İrana möhtac deyil. Əslində İranın ABŞ-a ehtiyacı var. Çünki sanksiyaların ləğvini və iqtisadi böhrandan çıxmağı arzulayır. Fikrimcə, yeni prezident radikal siyasətini davam etdirdiyi müddət ərzində tərəflər arasında münasibətlər normallaşmayacaq və sanksiyalar davam edəcək. Bunun günahkarı isə İranın yeni prezidentidir. Nəzərə almaq lazımdır ki, sanksiyaların ləğvi üçün Tehran qarşısında konkret tələblər qoyulub və bu məsələ Ruhani hökuməti ilə müzakirə olunmuşdu. Dediyim kimi, Rəisi sərt ritorikasından əl çəkməsə, “qınına çəkiləcək” və Çinin “qapısında qalacaq”. Ümumiyyətlə, mən rəsmi Tehranın ən azı qarşıdakı illərdə normal regional siyasət yeridəcəyinə, qonşuluq münasibəti apacağına inanmıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol