Cənazə planları gündəmdədir: Britaniya kralla vidalaşmağa hazırlaşır
Yusif Sultanoğlu
10:12 28.04.2024
Dünya
444
Böyük Britaniya kralı III Çarlzın səhhəti getdikcə ağırlaşır. Məlumdur ki, 75 yaşlı kral xərçəng xəstəsidir. Və hər keçən gün vəziyyəti pisləşir.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Böyük Britaniyada kralın vəfatına hazırlıqlar gündəmdədir. Ümumiyyətlə, Britaniyada kral və kraliçaların vəfatı ilə bağlı xüsusi plan illərdir ki qüvvədədir. Kod adı “Menai (London) Köprüsü Əməliyyatı” adlanan plan taxt-tac sahibinin ölümü zamanı hansı tədbirlərin necə keçiriləcəyini özündə ehtiva edir. Kralın hazırkı sağlıq durumu ailə üzvlərini narahat edir. “Daily Beast”tin xəbərinə görə, yaxın ətrafı kralın səhhətinin yaxşı olmadığını söyləyib. Kralın bir dostu da “o, xəstəliklə mübarizə aparmaqda qərarlıdır. Amma kral həqiqətən də ağır xəstədir”, deyib. Hər bir vəziyyətə hazır olmağı vacib bilən Vindzor sarayı da dəfn hazırlıqlarını gündəmdə saxlayır. Hətta saray 2022-ci ildə kraliça Yelizavetanın dəfn mırasimi zamanı buraxılan səhvləri də nəzərdən keçirir. Krallığın yazarı Tina Broun isə “şahzadə Uilyamla şahzadə Ket Middlton övladlarına gözdən uzaq, sakit bir şəraitdə valideynlik etmək fürsəti tapdıqları bir zamanda taxta çıxmalı olacaqlar”, yazıb. Ənənəyə görə, ata kralın ölümündən sonra ailənin böyük oğlu şahzadə Uilyam tac geyinərək B.Britaniya kralı elan ediləcək. Xüsusi plana əsasən kral Çarlzın ölümü ailəsi, baş nazir, kabinet katibləri, hökumət nazirləri və Kralın şəxsi ofisi tərəfindən elan ediləcək və xalqa rəsmi şəkildə açıqlanacaq. Krallığın internet səhifəsi isə qara rəngdə olacaq. Kralın cənazəsi Bekinqhem sarayında taxt-tac olan otaqda qoyulacaq. Cənazə ziyarətindən sonra kral Çarlz Vindsor Qalasındakı krallıq məzarlığında dəfn ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Beyons məhkəməyə verildi
07:17 12.08.2026
Şou
0 şəkər, 0 kalori: Yaponlar onu hər gün içirlər
06:42 12.08.2026
Sağlamlıq
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi
Prezident Naxçıvan şəhərinin Baş Planı ilə tanış olub
22:30 11.08.2026
Rəsmi
Mahmud Abbas Ankarada: Ərdoğanla görüşəcək
22:21 11.08.2026
Dünya
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
22:13 11.08.2026
Rəsmi
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində
22:06 11.08.2026
Rəsmi