Politoloq Elxan Şahinoğlu bildirib ki, Moskva və Pekin Şimali Koreyanın Qərblə qarşıdurmasını dəstəkləyirlər. Analitik qeyd edib ki, Moskva və Pekinin Şimali Koreyanın nüvə proqramına və raket sınaqlarına iradları yoxdur: "Bu vəziyyət Cənubi Koreya üçün ciddi təhdid yaradır. “Financial Times” qəzetində yayımlanan məqalədə, Seulun Pekinə çağırış etdiyi bildirilib. Seul Pekinə çağırış edib ki, Şimali Koreyaya nüvə silahından imtinaya məcbur etsin. Cənubi Koreyanın rəsmisi Kim Yon Xo bildirib ki, Şimali Koreyaya qarşı Qərb sanksiyaları effektli deyil, çünki Pekin və Moskva Şimali Koreyanın nüvə proqramını dəstəkləyirlər. Bu, Şimali Koreyaya imkan verir ki, nüvə proqramını və raket sınaqlarını davam etdirsin. Pekinin Şimali Koreyanı nüvə silahından imtinaya məcbur etmək istəyi yoxdur. Əksinə, Şimali Koreyanın Qərblə gərgin münasibətləri Pekinin maraqlarına cavab verir. Çünki Qərbin və Cənubi Koreyanın Şimali Koreyanı yola gətirmək üçün hər zaman Pekinin vasitəçiliyinə ehtiyacı olacaq. Digər tərəfdən, nüvə proqramını genişləndirmək siyasəti Şimali Koreyanın Konstitusiyasında yeni bəndlə vurğulanıb". "3 ölkənin lideri bir müddət əvvəl Amerika Birləşmiş Ştatlarında birgə görüş və müzakirələr keçiriblər. Seulun başqa alternativi qalmayıb. Halbuki bəzən Seulla Tokio arasında tarixi məsələlərə görə fikir ayrılıqları var. Ancaq Şimali Koreyanın təhlükəli nüvə proqramı tarixi unutmağı və Seulla Tokio arasında ittifaqı gücləndirməyi diktə edir. Bu arada, Avstraliyanın Siyasi Araşdırma Mərkəzinin hesabatına görə, Çin sensor texnologiyalarında ABŞ-nin üstələyib. Pekin inertial naviqasiya sistemləri, maqnit sahəsi sensorları, multispektral və hiperspektral sensorlar, fotonik sensorlar, radar, peyk yerləşdirmə və naviqasiya, sonar və akustik sensorlar sahəsində Vaşinqtonu, ABŞ isə kvant sensorları, atom saatları üzrə tədqiqatlarda Çini qabaqlayır. Bu, Qərb ölkələri üçün həyəcan siqnalı ola bilər. Çünki Çin ABŞ-ni üstələdiyi texnologiyalarla Qərblə mübarizə aparan ölkələrlə bölüşə bilər".
Cənubi Koreya üçün ciddi təhdid! - RƏY
13:41 07.10.2023
Dünya
593
Moskva və Pekinin Şimali Koreyanın nüvə proqramına və raket sınaqlarına iradları yoxdur
Şimali Koreyanın nüvə proqramı və davamlı raket sınaqları qonşusu Cənubi Koreyanı ciddi narahat edir. Seul Şimali Koreyanın digər iki nüvə dövləti Rusiya və Çinlə artan əlaqələrindən də narahatdır. Şimali Koreya diktatorunun bir müddət əvvəl Rusiyaya səfəri və Prezident Vladimir Putinlə müzakirələri Seulda diqqətlə izlənilirdi. Bundan sonra Çindən böyük heyət Şimali Koreyaya səfər etdi.
Politoloq Elxan Şahinoğlu bildirib ki, Moskva və Pekin Şimali Koreyanın Qərblə qarşıdurmasını dəstəkləyirlər. Analitik qeyd edib ki, Moskva və Pekinin Şimali Koreyanın nüvə proqramına və raket sınaqlarına iradları yoxdur: "Bu vəziyyət Cənubi Koreya üçün ciddi təhdid yaradır. “Financial Times” qəzetində yayımlanan məqalədə, Seulun Pekinə çağırış etdiyi bildirilib. Seul Pekinə çağırış edib ki, Şimali Koreyaya nüvə silahından imtinaya məcbur etsin. Cənubi Koreyanın rəsmisi Kim Yon Xo bildirib ki, Şimali Koreyaya qarşı Qərb sanksiyaları effektli deyil, çünki Pekin və Moskva Şimali Koreyanın nüvə proqramını dəstəkləyirlər. Bu, Şimali Koreyaya imkan verir ki, nüvə proqramını və raket sınaqlarını davam etdirsin. Pekinin Şimali Koreyanı nüvə silahından imtinaya məcbur etmək istəyi yoxdur. Əksinə, Şimali Koreyanın Qərblə gərgin münasibətləri Pekinin maraqlarına cavab verir. Çünki Qərbin və Cənubi Koreyanın Şimali Koreyanı yola gətirmək üçün hər zaman Pekinin vasitəçiliyinə ehtiyacı olacaq. Digər tərəfdən, nüvə proqramını genişləndirmək siyasəti Şimali Koreyanın Konstitusiyasında yeni bəndlə vurğulanıb". "3 ölkənin lideri bir müddət əvvəl Amerika Birləşmiş Ştatlarında birgə görüş və müzakirələr keçiriblər. Seulun başqa alternativi qalmayıb. Halbuki bəzən Seulla Tokio arasında tarixi məsələlərə görə fikir ayrılıqları var. Ancaq Şimali Koreyanın təhlükəli nüvə proqramı tarixi unutmağı və Seulla Tokio arasında ittifaqı gücləndirməyi diktə edir. Bu arada, Avstraliyanın Siyasi Araşdırma Mərkəzinin hesabatına görə, Çin sensor texnologiyalarında ABŞ-nin üstələyib. Pekin inertial naviqasiya sistemləri, maqnit sahəsi sensorları, multispektral və hiperspektral sensorlar, fotonik sensorlar, radar, peyk yerləşdirmə və naviqasiya, sonar və akustik sensorlar sahəsində Vaşinqtonu, ABŞ isə kvant sensorları, atom saatları üzrə tədqiqatlarda Çini qabaqlayır. Bu, Qərb ölkələri üçün həyəcan siqnalı ola bilər. Çünki Çin ABŞ-ni üstələdiyi texnologiyalarla Qərblə mübarizə aparan ölkələrlə bölüşə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kobaxidze Avropa Komissiyasının hesabatını tənqid edib
13:27 05.11.2026
Gündəm
Prezident Ərdoğan Azərbaycana gəlir
13:04 05.11.2026
Gündəm
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou