Cərrah ata və oğul
06:26 30.04.2024
Dünya
431
Evdə də ona “doktor”, “hocam” deyə müraciət edir
Türkiyənin İzmir şəhərində yaşayan beyin və sinir cərrahı İsmayıl Ertan Sevin əməliyyatları oğlu İbrahimin assistenliyi ilə icra edir. “Sherg.az”Türkiyə mediasına istinadən bildirir ki, İbrahim Eralp atasının ixtisası – beyin və sinir cərrahlığı üzrə mütəxəssis ali dərəcəsi təhsili alır. Təcrübəni isə cərrah atasının iştirakı ilə keçir. Ata və oğul əməliyyatlara birgə girir və birlikdə çalışırlar. Doktor İsmayıl Ertan İzmir Katib Çələbi Universiteti Atatürk Təhsil və Araşdırma Xəstəxanasında beyin və sinir cərrahlığı kafedrasının müəllimidir. Oğlu İsmayıl da atasını örnək alaraq bu ixtisası seçib. İmtahanlarını uğurla verərək atasının çalışdığı xəstəxanada assistent işləmək hüququ qazanıb. Ata və oğul günə ailə içində, bir mənzildə başlayır, xəstəxanada vəzifələrini birgə davam etdirirlər. İsmayıl Ertan AA müxbirinə açıqlamasında oğlunun beyin və sinir cərrahı ixtisasını seçməsindən qürur duyduğunu, imtahanlarda qazandığı nailiyyətlə də məhz onun çalışdığı xəstəxanaya təyinat almasından çox xoşbəxt olduğunu, birlikdə yeni iş həyatına başladıqlarını deyib. Cərrah ata deyib ki, bütün yardımçı həkimləri öz övladı hesab edir: “Oğlum mənim üçün ilk növbədə asistentdir. Evdə oğlumdur. Xəstəxanada isə onun kimi övladlarım çoxdur. Bəlkə özü də bəzən çaşır, mənə “ata”, deyə müraciət etmək istəyir, amma bilir ki bu, olmaz. Mənə “doktor” deyə müraciət etməlidir. Mənim üçün də asan deyil. Amma buna məcburuq. O qədər vərdiş etmişik ki, bu duruma, evdə də biri-birimizə kolleqa kimi müraciət edirik”. İsmayıl doktorun həyat yoldaşı da Ege Universiteti Eczacılık Fakultəsinin Farmakoloji kafedrasında professordur. O da ata ilə oğulu xəstəxanada iş vaxtı kolleqa kimi davranmalarıyla bağlı xəbərdar edib: “Kimsə düşünməsin ki, tərəf tuturuq, ailə üzvümüzə güzəştə gedirik. Hamı necə, oğlumuz da eləcə, nizam-intizama, qayda-qanuna, etik qaydalara riayət etməlidir”. Asistent oğul da atası haqqında “xəstəxanada heç vaxt ona “ata”, deyə müraciət etmirəm. Bilirəm ki, bu, doğru deyil. Bu, əlbəttə, qarışıq hisslər yaradır. Hisslərimi idarə etməyə çalışıram. Atamı bədgüman altında qoymaq istəmərəm. İş o yerə çatıb ki, evdə də ona “doktor”, “hocam” deyə müraciət edirəm”, deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi
Prezident Naxçıvan şəhərinin Baş Planı ilə tanış olub
22:30 11.08.2026
Rəsmi
Mahmud Abbas Ankarada: Ərdoğanla görüşəcək
22:21 11.08.2026
Dünya
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
22:13 11.08.2026
Rəsmi
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində
22:06 11.08.2026
Rəsmi
Rubio Gilmanın azadlığa buraxılmasına görə Rusiyaya təşəkkür etdi
21:26 11.08.2026
Dünya
Bakının bu rayonlarında qaz olmayacaq
21:12 11.08.2026
Cəmiyyət
“Dərnəgül” elektrik deposu ilk qatarını qəbul edib
20:57 11.08.2026
İnfrastruktur