Ceyhun Bayramov niderlandlı həmkarı ilə görüşüb
16:38 21.09.2023
Dünya
406
21 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Hanke Braun Slot ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazir Ceyhun Bayramov həmkarını Ermənistanın 30 ilə yaxın müddətdə ərazilərimizin işğalı, 44 günlük Vətən müharibəsindən sonra Emənistanın Azərbaycanın Qarabağ bölgəsində qurduğu rejimin qanunsuz mövcudluğundan irəli gələn regional risklər və təhdidlər, Ermənistanın sülh prosesinə xələl gətirən addımları barədə ətraflı məlumat verib.
Nazir Ceyhun Bayramov bölgədə lokal xarakterli antiterror tədbirlərini şərtləndirən amillərdən söz açaraq qondarma rejimin son təxribatları, terror hücumları barədə həmkarını ətraflı məlumatlandırıb, ölkəmizin suveren ərazisi daxilində növbəti hərbi təxribatların və terror aktlarının qarşısının alınması məqsədilə Azərbaycan silahlı qüvvələri tərəfindən həyata keçirilən tədbirlərin beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarına tam uyğun olduğunu vurğulayıb.
Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin öhdəliklərə zidd olaraq bölgədə qanunsuz mövcudluğunu davam etdirməsinin davamlı sülhə ciddi əngəl olması səbəbindən onların Azərbaycan ərazisindən qeyd-şərtsiz və tamamilə çıxarılmasının, qondarma rejimin buraxılmasının labüd olduğu, hərbi təxribatların və törətdilmiş terror aktlarının qətiyyətlə pislənməsinin, Ermənistan daxilində separatist və revanşist qüvvələrin cəsarətləndirilməsinə yönəlik bəyanatların verilməməsinin zəruri olduğu nazir tərəfindən vurğulanıb.
Görüşdə, həmçinin 20 sentyabr tarixində Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciəti nəticəsində lokal xarakterli antiterror tədbirlərinin dayandırıldığı, 21 sentyabr tarixində Azərbaycanın Yevlax şəhərində reinteqrasiya məsələlərini müzakirəsi məqsədilə görüş keçirildiyi diqqətə çatdırılıb, bu addımların Azərbaycan Ermənistan arasında normallaşma gündəliyi üzrə maneənin aradan qalxmasına töhfə verəcəyi diqqətə çatdırılıb.
Daha sonra Azərbaycanla Niderland arasında qarşılıqlı maraq kəsb edən digər mövzular üzrə fikir mübadilələri aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm