Çin alimləri Yer üçün təhlükə yarada biləcək asteroidlərin zərərsizləşdirilməsi məqsədilə nüvə silahından istifadə imkanını araşdırırlar.
Sherg.az xəbər verir ki, "South China Morning Post" nəşrinin məlumatına görə, təklif olunan ssenariyə əsasən, əvvəlcə metal zərbə aparatı asteroidə çırpılaraq onun daxilində dərin dəlik açacaq. Daha sonra ikinci kosmik aparat həmin dəliyə nüvə qurğusu yerləşdirəcək və partlayış asteroidin daxilində baş verəcək.
Mütəxəssislərin fikrincə, bu üsul ya asteroidin tamamilə parçalanmasına, ya da onun hərəkət trayektoriyasının dəyişdirilməsinə imkan verə bilər. Belə əməliyyatların pilotsuz kosmik aparatlar vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, yaxın üç il ərzində "Xaos tanrısı" ləqəbi ilə tanınan iri asteroidin Yerin yaxınlığından keçəcəyi gözlənilir.