Çin kimlərə borc verir? - TƏHLİL
Fidan Həmişəyeva
08:39 05.04.2021
Dünya
635
Məşhur “Financial Times” dərgisinin ekspert qrupunun gəldiyi qənaət budur ki, Çin inkişaf etməkdə olan ölkələrə münasib şərtlər daxilində kreditlər verir və bu siyasətini getdikcə genişləndirir. Digər dövlətlər və beynəlxalq maliyyə qurumları bu məsələdə Çinlə ayaqlaşa bilmirlər. Bu Çinə üstünlük qazandırır. Bu yanaşma, aşağı gəlirli ölkələrin borclarını azaltmaq səylərini pozmaqla təhdid edir. Hesabat müəllifləri Çinin bağladığı yüz müqaviləni təhlil ediblər və müqavilələrdə məxfiliklə bağlı bəndlərin olduğunu aşkar ediblər. Bəlli olub ki, digər borc verənlərin borcalanın həqiqi maliyyə vəziyyətini müəyyənləşdirməsini çətinləşdirir.
Bundan əlavə, bir sıra şərtlər borc alan ölkələrin daxili və xarici siyasətini təsir edir. Çin bankları borcları “Paris klubu” ilə əlaqələndirmir. Bu təşkilat borc alan ölkələrin borc verən ölkələrə olan dövlət borcunun tənzimlənməsi ilə məşğul olur.
"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu "Sherg.az"a bildirib ki, Çin inkişaf etməkdə olan ölkələrin ən böyük suveren kreditorları siyahısında birinci yerdədir:
"Qlobal borc 2020-ci ildə rekord səviyyədə 281 trilyon dollara yüksəlib - bu qlobal iqtisadiyyatın özündən 3,5 dəfə böyükdür. Mütəxəssislər bir il yarım ərzində kreditlərin həcminin 300 trilyona qədər böyüyə biləcəyini söyləyirlər.
Ötən il borc rekord sürətlə 24 trilyon dollar artıb. Borc yükü artımının demək olar ki, yarısı inkişaf etmiş ölkələrin (ABŞ, Yaponiya, Avrozona, Böyük Britaniya, Cənubi Koreya) payına düşüb.
Çinin müxtəlif ölkələrə verdiyi borucn arxasında iqtisadi mənfəətlə yanaşı siyasi maraqlar var.
Aydındır ki¸ hansı ölkə ki, Çindən borc alır və ya bu ölkə ilə birgə layihə həyata keçirir, onun daxili işlərinə qarışmır, Tibet, Honkonq və ya uyğur mövzusuna toxunmur və ya tənqid etmir. Çinə də elə bu lazımdır. Ancaq Çindən borc alan kasıb ölkələr sonradan tələyə də düşə bilirlər.
Çünki, borc qarşılığında Pekinin tələbləri artır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual