Çinin Dövlət Təhlükəsizliyi Nazirliyi silah ticarəti ilə məşğul olan şirkətin rəhbərini iki xarici dövlətin kəşfiyyatına məxfi məlumatlar ötürdüyünə görə saxlayıb.
Oxu.Az bu barədə "South China Morning Post" nəşrinə istinadən xəbər verir.
Nazirliyin məlumatına əsasən, Çjan soyadlı şəxs adları açıqlanmayan iki ölkənin nümayəndələri ilə əməkdaşlıq edib. O, pul müqabilində Çin silahları, hərbi texnika tədarükü və silah ticarəti sahəsində fəaliyyət göstərən şirkətlər barədə məlumatlar ötürüb.
Araşdırmadan sonra nazirliyin əməkdaşları Çjanı saxlayıblar. Nazirliyin məlumatına görə, o, təqsirini boynuna alıb.