Çində şiddətli yağışlar 120 min sakinə zərər vurub
12:43 11.07.2021
Dünya
450
Çinin cənub-qərbindəki Siçuan vilayətində bir neçə gündür yağan aramsız yağışların törətdiyi sel və daşqınlar 120 mindən çox sakinə zərər vurub.
AZƏRTAC vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, səlahiyyətli qurumlar təbii fəlakət bölgəsindən 4600 nəfəri təxliyə ediblər. Vilayətin 14 çayında suyun səviyyəsi təhlükəli həddə çatıb. Sel və daşqın 4600 hektara yaxın əkin sahəsini məhv edib, 204 ev dağılıb. Bundan başqa, şiddətli yağışların yaratdığı torpaq sürüşmələri kommunikasiya xətlərinə və avtomobil yollarına ziyan vurub. Ümumi maddi ziyan 176 milyon yuan (təxminən 27 milyon ABŞ dolları) məbləğində qiymətləndirilir.
Qeyd edək ki, mövsüm yağışları Çinin bir neçə bölgəsində fəsadlar törədib. Ölkənin meteorologiya xidməti qarşıdakı günlərdə də bu cür hava şəraitinin davam edəcəyini proqnozlaşdırıb. Hətta paytaxt Pekində ilin ən şiddətli yağışları ilə əlaqədar növbəti günlər üçün 3-cü səviyyədə xəbərdarlıq elan edilib. Artıq Pekin ətrafındakı dağətəyi turizm məkanları bağlanıb, tədris ocaqlarında iyulun 12-də nəzərdə tutulan dərslər təxirə salınıb. Müvafiq qurumlara gözlənilən şiddətli yağış və güclü küləyin törədə biləcəyi fəsadlarla mübarizəyə hazır olmaq əmr olunub. Bu məqsədlə 15 min nəfər səfərbər olunub, 13 nəzarət qrupu yaradılıb, təxminən 7500 yanğınsöndürən həyəcan siqnalı ilə əməliyyatlara çıxış üçün növbəyə cəlb olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət