Cosef Borrell Rusiyanı hədəfə alan çıxış edib
13:02 17.01.2022
Dünya
613
"Ukraynaya istənilən hərbi hücumun böyük nəticələri və ciddi xərcləri olacaq"
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cosef Borrell Rusiyanı hədəfə alan çıxış edib.
“Sherg.az” xarici KİV-ə istinadən xəbər verir ki, Cosef Borrel bu haqda Aİ müdafiə nazirlərinin Fransada baş tutan qeyri-rəsmi toplantısından sonra keçirilən mətbuat konfransında danışıb.
C.Borrel çıxışda Rusiyanı gərginliyi azaltmaq haqqında xəbədarlıq edib və onu sülhə səsləyib:
"Biz Rusiyanın Avropada təsir dairələri yaratmaq cəhdini rədd edirik. Tarixi yenidən yazmaq və ya keçmişə qayıtmaq mümkün deyil. Avropanın təhlükəsizliyinin əsasını təşkil edən fundamental prinsipləri bir daha təsdiqləyirik. Biz münaqişələrin sülh yolu ilə həlli üçün mövcud mexanizmi dəstəkləyirik. Rusiyanı güclü və qətiyyətlə gərginliyi azaltmağa çağırırıq. Ukraynaya istənilən hərbi hücumun böyük nəticələri və ciddi xərcləri olacaq. Buraya tərəfdaşlarımızla razılaşdırılaraq qəbul ediləcək məhdudlaşdırıcı tədbirlər daxildir”.
Borrel, problemləri Rusiya ilə dialoq yolu ilə həll etmək istədiklərini ifadə edib:
"Ümumiyyətlə, Rusiya ilə dialoqa açığıq, lakin azadlığımızdan, suverenliyimizdən, müstəqilliyimizdən və fundamental dəyərlərə hörmətimizdən heç vaxt güzəştə getməyəcəyik”.
Çimnaz Şahlar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi