Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigez jurnalistlərə bildirib ki, ölkəsi ABŞ-nin 51-ci ştatı olmaq istəmir.
Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" məlumat verib.
Prezident Donald Trampın Venesuelanı ABŞ-nin 51-ci ştatı kimi görmək istəməsinə dair açıqlamasına cavab olaraq Rodrigez qeyd edib ki, ölkəsi suverenliyini, müstəqilliyini davam etdirəcək: "Venesuela müstəmləkə deyil, azad bir ölkədir”.
Daha əvvəl, "Fox News"a açıqlamasında Donald Tramp Venesuelanı ABŞ-ın 51-ci ştatı etmək imkanını ciddi şəkildə nəzərdən keçirdiyini bildirmişdi.