Dişsiz siyasət...
Yusif Nəzərli
22:18 26.01.2022
Dünya
689
NATO Ukraynanı silahlandırsa da sanksiyalarla işini bitmiş hesab edəcək
"Baş verənlər yaxşı qurulmuş senaridir və dünyanın bölünməsi, yeni mərhələnin başlanğıcıdır"
NATO-nun baş katibi Yens Stoltenberq dünyanın diqqət mərkəzində olan məsələyə aydınlıq gətirib. Baş katib vurğulayıb ki, onun rəhbərlik etdiyi alyans Ukraynaya qoşun yeritməyəcək. Qurum rəhbəri Rusiya ilə silahlara nəzarət, hərbi əməliyyatların şəffaflığı və digər təhlükəsizlik məsələlərini müzakirə etməyə hazır olduqlarını dilə gətirib. Stoltenberq həmçinin bildirib ki, NATO ABŞ-la əlaqələndirilmiş şəkildə bu həftə Rusiyanın təhlükəsizliklə bağlı təkliflərinə yazılı cavab göndərəcək:
“Biz NATO-da təkliflər üzərində işi yekunlaşdırırıq. Bu həftənin sonunda yazılı sənədi göndərəcəyik. Biz bunu ABŞ-la paralel olaraq edəcəyik”. Hərbi alyansın baş katibi əlavə edib ki, Rusiyaya fundamental prinsiplərlə bağlı güzəşt edilməyəcək. Rusiya XİN başçısı Sergey Lavrov isə Qərbi növbəti dəfə ittiham edib. Lavrova görə, ABŞ və Qərb digər ölkələrin maraqları ilə hesablaşmadan özləri üçün təktərəfli üstünlük təmin etməyə çalışırlar. XİN rəhbəri Qərb ölkələrinin Ukraynanı Rusiyaya qarşı aqressiv addımlar atmağa həvəsləndirdiyini də əlavə edib: “Rusiya təhlükəsizlik təminatları ilə bağlı verdiyi təkliflərin fasiləsiz diskussiyalarda qalmasına imkan verməyəcək”. Lavrov Moskvanın maraqlarının istənilən vəziyyətdə qorunacağını əlavə edib. Bu arada ABŞ Dövlət katibi Entoni Blinkenlə Böyük Britaniya Xarici işlər naziri Liz Trass arasında telefon danışığı baş tutub. Tərəflər Rusiyanı Ukrayna və onun ətrafında hərbi təcavüzdən çəkindirmək üçün son tədbirlərin nəticələrini müzakirə ediblər.
Politoloq Zaur Məmmədov “Şərq”ə açıqlamasında bildirib ki, NATO baş katibi tərəfindən səsləndirilən bəyanatlar göstərir ki, Alyans bu ölkəni silahlandırmağa davam etsə də, müharibə başlayacağı təqdirdə sanksiyalarla öz funksiyasını bitmiş hesab edəcək. Ekspertin sözlərinə görə, ABŞ Prezidenti Co Baydenin dişsiz siyasəti bütün MDB məkanını yüz il əvvələ sürükləyə bilər:
“Subyektiv fikrim odur ki, baş verənlər yaxşı qurulmuş senaridir və dünyanın bölünməsi, yeni mərhələnin başlanğıcıdır. Rusiya Belarusa 98-ci hava-desant diviziyasının 217-ci qvardiya paraşüt-desant polkunu göndərib. Bu qruplaşma yanvarın əvvəllərində KTMT qüvvələri tərkibində Qazaxıstana yeridilmişdi. İddialara görə, Ukrayna ərazisinə istənilən irimiqyaslı hücumda hava desant qoşunları həlledici rol oynayacaq. Onlar arxa cəbhədə strateji obyektləri ələ keçirmək üçün desant əməliyyatlarında iştirak edə bilərlər. Yaxud zərbə piyada qüvvələri qismində hərəkət etmələri mümkündür. Rusiya bu taktikanı Ukraynaya qarşı 2014-cü ildə tətbiq edib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media