Donald Tramp İran hakimiyyətini sərt tənqid etdi: Yalvarırlar, başlayırıq, inkar edirlər

ABŞ Prezidenti Donald Tramp İran hakimiyyətini ABŞ ilə danışıqları inkar etdiyi üçün ikiüzlü adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb:

"İran rəhbərliyi inanılmaz dərəcədə ikiüzlüdür! Onlar görüş istəyirlər, bəziləri "yalvarırmış" kimi danışır. Danışıqlar başlayır və yaxın gələcəkdə daha çox şey planlaşdırılır. Eyni zamanda açıq və qürurla bəyan edirlər ki, heç bir müzakirə yoxdur, heç nə müzakirə olunmur və onlar yalnız Omanla məşğuldurlar".

Trampın sözlərinə görə, yaxın gələcəkdə İranla məsləhətləşmələr planlaşdırılır, baxmayaraq ki, Tehran dialoqun baş tutmadığını və yalnız Omanla əlaqə saxladığını iddia edir.

ABŞ lideri əlavə edib ki, İran etiraf etmək istəsə də, istəməsə də, iki tərəf Tehranın on illərdir yaratdığı problemin həllini müzakirə edir.