
“Dördayaqlı” ailənin SİRRİ
09:08 20.09.2023
Dünya
485
Uzun illərdir elm adamlarını heyrətləndirməkdə davam edirlər
Türkiyənin Hatay bölgəsində yaşayan Ulaş ailəsinin dördayaqlılar kimi hərəkət etməsi elm adamlarını düşündürür. Ailənin genetik kodları da araşdırılıb. Lakin əsaslı bir nəticəyə gəlinməyib. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən uzun illərdir elm adamlarını heyrətləndirməkdə davam edən Ulaş ailəsi haqqında oxucuları məlumatlandırır.

Bu ailə dördayaqlılar kimi hərəkət etməklə illərdir dünyada bənzəri, oxşarı olmayan duruma imza atır. Ailə üzvləri niyə dörayaqlılar kimi gəzir? Durumu professor doktor Korkut Ulucan izah etməyə çalışıb. Professor bildirib ki, Ulaş ailəsi haqqında ilk dəfə 2006-cı ildə yayımlanmış elmi məqalədə bəhs edilib. Həmin vaxtdan etibarən ailə getdikcə məşhurlaşmağa başlayıb, dünya bu qeyri-adi durumdan xəbərdar olub.
ABŞ, İngiltərə, Avstraliya mediası onlardan yazıb. Ailədə 18 övlad böyüyür. 18 uşaqdan 4 qız və 2 oğlan “dördayaqlı” gəzirlər. 17 il əvvəl BBC-də yayımlanan “4 ayaq üzərində gəzən ailə” adlı sənədli filmdə Ulaş ailəsi haqqında “insan və meymun arasındakı qırılmış halqa” ifadəsinə yer verilib. Lakin bu ifadə ingilis nevropsixoloq Nikolas Hamfrey başda olmaqla bir çox elm adamını qəzəbləndirib. Zaman keçdikcə ailə ilə bağlı alimlər araşdırmaya başlayıb. Nevropsixoloq Hamfrey və bir neçə alimə görə “ayı yerişi” adlanan dördayaqlı hərəkətə səbəb valideynlər arasındakı qan qohumluğu ola bilər. Valideynlərin qan qohumluğu səbəbindən uşaqlarda genetik pozuntular ortaya çıxa bilir. Molekulyar biologiya və genetika üzrə mütəxəssis, professor Korkut Ulucan isə bildirib ki, Ulaş ailəsiylə bağlı elmdə müxtəlif mülahizələr irəli sürülür. Elm aləmində bununla bağlı fərqli mülahizələr mövcuddur. Əgər hər hansı bir ailədə körpənin 9-cu ayından sonra ayaq üstə durmasına cəhd edilməsə, körpəyə bu məsələdə kömək göstərilməsə, uşaq ayaq üstə durmağa, addım atmağa təşviq edilməsə, həvəsləndirilməsə, bir çox insan dördayaqlı hərəkət edər. İməkləyən körpələr ayaq üstə durmağa və addım atamağa təşviq edilməlidir. Professor qeyd edib ki, Ulaş ailəsi “dördayaqlı”ların yeganə nümunəsi deyil. Dünyada bir neçə belə ailə var. 2006-cı ildə BBC-də yayımlanan sənədli filmdə bu durum “Tərs dünya” adlandırılıb. Professor məlum vəziyyətlə bağlı dəqiq fikir bildirməyin çətin olduğunu vurğulayıb: “Ailə əzəlindən bu sindroma malikdir, yoxsa bu onlara başqa bir sindrom və ya genetik anormallıq nəticəsində keçib, söyləmək çətindir. Ailənin bəzi üzvləri iki ayaq üzərində normal şəkildə dayanır, sadəcə, gəzərkən çətinlik çəkir və ovuclarını yerə basırlar, bəziləri isə iki ayaq üzərində dik dura bilmirlər. Məncə bu, beyin və xüsusən beyinciyin inkişafındakı problemlərlə bağlıdır. Bu, serebral iflicin başqa bir forması da ola bilər. Hər halda bu durum ciddi və hərtərəfli tədqiqat predmetidir. Professor bildirib ki, daha 7 belə ailə mövcuddur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya