Dövlət Departamenti: İran üçün heç bir bonus olmayacaq

ABŞ mümkün bir razılaşmanın imzalanmasına görə bonus olaraq İranın vəsaitlərinin dondurulmasını ləğv etməyəcək və ya ölkəyə qarşı sanksiyaları ləğv etməyəcək.

"Report" xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mark Rubio Senatda xarici əlaqələr komitəsində dinləmələr zamanı deyib.

Rubio İran aktivlərinin dondurulmasının aradan qaldırılması və ya bu ölkəyə qarşı ABŞ sanksiyalarının ləğv edilməsi ehtimalı ilə bağlı suala cavab olaraq deyib:

"Hər şey şərtlərdən asılı olacaq. Bu o deməkdir ki, ABŞ-dən heç bir imza bonusu və ya xoşməramlı jest olmayacaq. Əlbəttə ki, bu vəsaitlər proksi qüvvələrin maliyyələşdirilməsi üçün istifadə olunarsa, onlar geri qaytarılmayacaq. Amerika məhdudiyyətlərinin mümkün ləğvi kontekstində Tehranın nüvə proqramı ilə birbaşa əlaqəli konkret sanksiyalar müzakirə olunur".