Krasnodar vilayətinin Novorossiysk şəhərində iki müəssisənin ərazisinə PUA (dron) qalıqları düşüb. Sherg.az xəbər verir ki, Hadisə nəticəsində yanğın baş versə də, alov qısa müddətdə söndürülüb.
Rəsmi məlumata görə, xəsarət alan yoxdur. Hazırda ərazidə operativ xidmətlər işləyir, şəhərdə isə dron hücumu təhlükəsi rejimi elan olunub.