
Dünya hələ də vicdanlı insanlarla doludur - RƏY
02:53 07.10.2025
Dünya
368
Qəzzaya dəstək naminə 5 min insanı şəhid verən Livan, yüzlərlə insanını itirən Yəmən xalqını da unutmaq olmaz
İsrail ordusu Qəzzaya humanitar yardım aparmaq məqsədilə yola çıxan Qlobal Sumud flotilyasının gəmilərini dayandırıb. Gəmidəki aktivistlər İsrail limanlarından birinə aparılıb və bir neçə gün orada saxlanılıb. İlkin məlumata görə, İsrail qüvvələri ən azı 13 gəmini saxlayıb. Türkiyə mediası isə ümumilikdə 15 gəminin ələ keçirildiyini, saxlanılan türk fəalların sayının isə 25-ə çatdığını açıqlayıb. Bundan əvvəl yayılan məlumatlarda dörd gəminin dayandırıldığı və 70 fəalın saxlandığı bildirilmişdi.
Hadisə beynəlxalq aləmdə rezonans doğurub. Donanma təşkilatçıları İsrailin bu addımını "qanunsuz” adlandıraraq, sərnişinlərin zorla ələ keçirildiyini bildiriblər. İsrail Xarici İşlər Nazirliyi də məlumat yayıb ki, Sumud yaxtalarının heç biri aktiv döyüş zonasına daxil ola bilməyib və qanuni dəniz blokadasını yarmağa müvəffəq olmayıb: "Qəzzaya humanitar yardım daşıyan 171 aktivisti deportasiya edilib". Məlumata görə, deportasiya olunanlar arasında Yunanıstan, İtaliya, Fransa, İsveç, Polşa, Almaniya, Norveç, Böyük Britaniya, Bolqarıstan, Litva, Lüksemburq, Finlandiya, Danimarka, İsveçrə, Serbiya, ABŞ, Litva və Avstriya vətəndaşları var.
Araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu Sherg.az-a deyib ki, Qlobal Sumud donanmasının heç bir gəmisi Qəzzaya çatmasa da, bu səfər bir ibrət idi. Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrindən 400 nəfərin gəmilər icarəyə götürərək Qəzzaya yardıma getməsi ciddi hadisədir:

"Çoxlu sayda xristian və Avropa insanı var idi. Bizdə bu donanmanın səfəri geniş şəkildə işıqlandırılmadı. Amma düşünürəm ki, bu səfər dünyada hələ də vicdanlı insanların olduğunu və onların bir araya gələ biləcəyini göstərən nümunə idi. Qəzzaya getmək istəyən insanlar dinindən, irqindən, millətindən asılı olmayaraq seçilmiş şəxslər idi. Məsələ Qəzzada deyil, Hacı Bektaş Vəlinin dediyi kimi, dini, dili nə olursa olsun, yaxşılar yaxşıdır. Qəzzaya dəstək naminə 5 min insanı şəhid verən Livan, yüzlərlə insanını itirən Yəmən xalqını da unutmaq olmaz. Dünya vicdanlı insanların sayəsində hələ də mövcuddur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya
Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib
16:08 07.10.2026
Dünya
Prezident İlham Əliyev Putinə zəng edib
15:37 07.10.2026
Futbol
Qan donduran hadisə: Evdən 14 uşaq çıxdı - Çinli cütlük saxlanıldı
15:12 07.10.2026
Hadisə
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
15:10 07.10.2026
Dünya
Pezeşkian: İran ABŞ ilə tammiqyaslı müharibənin içindədir
14:54 07.10.2026
Dünya
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
14:46 07.10.2026
Dünya
Ermənistan XİN-in saytında Qarabağla bağlı arxiv silindi
14:43 07.10.2026
Gündəm
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirildi
14:27 07.10.2026
Media