"Dünyada yeni reallıq və siyasi nizam formalaşır"
22:21 14.06.2021
Dünya
708
"ABŞ-Türkiyə əməkdaşlığı Ankara-Moskva konfontrasiyasına gətirməyəcək"
“ABŞ Prezidenti C.Bayden və Türkiyə Prezidenti R.T.Ərdoğanın görüşü və əldə edilən razılaşmalar iki müttəfiq arasında son illərdə yaranan gərginliyin azaldılmasına gətirəcək”. Bu fikirləri MCP sədrinin müavini Məhəmməd Əsədullazadə "Şərq"ə açıqlamasında bildirib. Politoloqun sözlərinə görə, C.Baydenin ABŞ beynəlxalq müstəviyə yenidən aktiv şəkildə qaytarması, Trampdan miras qalan Avropa müttəfiqləri ilə soyuq münasibətləri qaydaya salması, Yaxın Şərq, son illərdə Cənubi Qafqaz və Mərkəzi Asiyada yeni bir geostrateji siyasət ortaya qoyan Türkiyə ilə əməkdaşlıq ABŞ üçün xüsusi əhəmiyyət kəsb edir: “Məhz bu da Vaşinqtonun mövqelərini gücləndirməsinə gətirib çıxaracaq. C.Baydenin Türkiyə ilə əlaqələri paralel olaraq Azərbaycanla münasibətlərə yeni dinamika verəcək.
Türkiyənin artıq müstəqil siyasət aparması, Rusiya ilə bir neçə regionda ortaq siyasəti Vaşinqtonu ciddi narahat edir. Artıq C.Bayden Türkiyə ilə tərəfdaş olaraq yeni bir siyasi mərhələdə ortaq siyasət aparmağı planlayır. Bura Əfqanıstanda Ankaranın missiyasını artırmaq, Cənubi Qafqazda və Mərkəzi Asiyada, həmçinin Yaxın Şərqdə Türkiyə ilə birgə hərəkət etməkdən ibarətdir. Son illərdə Türkiyənin NATO ilə əməkdaşlığı da yeni müstəviyə keçib. Qeyd edək ki, Türkiyə NATO-nun Avropada keçirdiyi hərbi təlimlərdə komandanlıq edərək Alyansın döyüş aktivliyinin artırılmasına gətirib çıxarıb".
M.Əsədullazadə diqqətə çatdırıb ki, artıq Türkiyə-NATO əlaqələri yüksək səviyyədə inkişaf edir:
"Bununla bərabər Ankara NATO müttəfiqləri və son illərdə aralarında ciddi böhran yaşadığı Fransa və Yunanıstanla münasibətləri qaydaya salır. Təbii ki, burada Vaşinqtonun da müstəsna xidməti var. Vaşinqton NATO müttəfiqləri arasında daxili siyasi-hərbi gərginliyi sıfıra endirməklə bəynəlxalq müstəvidə Rusiya və Çinə qarşı yeni bir cəbhədə birləşdirir. ABŞ təkbaşına və NATO daxilində yaşanan böhran fonunda Rusiya və Çinə qarşı mübarizə apara bilməz. Ona görə də NATO-nun və regionun aparıcı ölkəsi Türkiyə ilə əlaqələri bərpa etmək məcburiyyətindədir. C.Bayden və R.T.Ərdoğanın görüşündə ciddi nəticələr əldə ediləcək. Birinci, ABŞ Suriyada YPG-yə müəyyən logistik dəstəyi dayandıra bilər. İkinci, F-35 və S-400-lə bağlı müəyyən razılaşmaya yaxın addımlar atıla bilər. Üçüncü, Cənubi Qafqazda birgə hərəkət etmək. Bu, Azərbaycanın da mövqeyini gücləndirən amildir. Dördüncü, Yaxın Şərqdə birgə hərəkət etməklə Rusiyanın mövqeyini zəiflətmək. Beşinci, Ermənistanda siyasi vəziyyət və N.Paşinyanın seçilməsinə dəstək və bundan sonra bu ölkənin Qərbə inteqrasiyasına töhfə vermək”.
Siyasi şərhçinin sözlərinə görə, ABŞ-Türkiyə əməkdaşlığı Ankara-Moskva konfontrasiyasına gətirməyəcək:
“Hər iki lider əməkdaşlığı qoruyub saxlayacaq. Buna baxmayaraq, Rusiya və Türkiyə arasında problemler yaşanacaq. Məhz Rusiyadan Türkiyəyə aviareyslərin dayandırılması və bir müddətdən sonra kənd təsərrüfatı mallarına qadağa ilə nəticələnə bilər. Amma hər iki tərəf problemləri dərinləşdirməyəcək. Rusiya da burada maraqlı deyil. Dünyada yeni reallıq və siyasi nizam formalaşır. Burada Türkiyə də aktiv rol alır. Hesab edirəm ki, C.Bayden və R.T.Ərdoğan görüşməsi iki ölkə arasında buzları əridəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm