Əfqanıstanın qurtuluşu türklərlə mümkün görünür
08:45 24.07.2021
Dünya
527
Əgər Ərdoğanın taktikası uğur qazanarsa, tarixin ən böyük geopolitika oyunçularından biri olacaq
"Əfqanıstanda tarixin ən böyük geopolitik oyunu davam edir. Həqiqət budur ki, Liviyada istədiyinə nail olan Türkiyə Prezidenti Ərdoğan Əfqanıstanda da uğur qazanarsa, tarixin ən böyük geopolitika oyunçularından biri ola bilər".
Bu fikirləri "Şərq"ə siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev deyib. O qeyd edib ki, ABŞ və müttəfiqləri 20 il sonra Əfqanıstandan çıxmaqla, radikal islamçı "Taliban"ı yerli hakimiyyətlə üz-üzə qoydu: "İndi ABŞ-ın hədəfi Türkiyənin Əfqanıstanın paytaxtı Kabildə qalmasıdır. Türkiyə iqtidarının da Əfqanıstanda hərbi baza qurmaqda geostrateji və geopolitik maraqları var. Birincisi, Türkiyə Əfqanıstanda hərbi varlığını möhkəmləndirməklə, ABŞ-la son vaxtlar yaşadığı narazılıqları xəfiflətmək arzusundadır. Artıq vəziyyət o həddə çatıb ki, "Taliban" paytaxt Kabilə doğru irəliləyərək, xeyli ərazini ələ keçirib.
Əlbəttə, "Taliban" Əfqanıstan ərazisini bütövlükdə ələ keçirə bilməyəcək. Bu təkcə "Taliban"ın hərbi zəfərindən deyil, Əfqanıstan üzərində geopolitik maraqları olan dövlətlərdən də asılıdır. "Taliban" iddia edir ki, Əfqanıstanın ərazisinin artıq 85 faizinə nəzarət edir. Reallıqda bu radikal islamçıların kontrol etdiyi ərazi 65 faizi keçmir. Hətta bəzi yerlərdə talibançıların geri çəkildiyi də məlumdur. Ümumiyyətlə, talibançıların ümumi sayı 80 min nəfər olduğu deyilsə də, aktiv döyüşçülərin real sayı 40 mini keçmir.
Buna baxmayaraq, 40 min əsgər belə hökumət qüvvələrindən güclü görünür. Kabildəki rəsmi Əfqanıstan hökuməti indiki situasiyada çox zəif və yazıq görünür. Hətta Əşrəf Qani və Abdullah Abdullah da bu həqiqətin fərqindədir. Mən bu iki siyasətçinin Qətərin paytaxtı Dohada "Taliban"la keçirdiyi danışıqlar masasında necə yazıq, necə miskin olduğunu müşahidə edirəm. Və indiki Əfqanıstan hökuməti qətiyyən "Taliban"a dirənə bilməz. Bunun üçün üçüncü qüvvə, yəni Türkiyə səhnəyə daxil olur".
K.Əliyev əlavə edib ki, bu əsnada, Ərdoğanın Əfqanıstandakı taktikası maraqlıdır:
"Türkiyə dövləti Liviyada BMT tərəfindən tanınan hökuməti son anda marşal Xəlifə Xəftərin işğalından qurtardı. Əks təqdirdə, indi Liviyanın paytaxtı Trablusda Xəftərin hərbi xuntasını görəcəkdik. Ərdoğanın taktikası əvvəlcə Liviya hökuməti ilə hərbi-texniki əməkdaşlıq sazişini imzalamaq oldu və daha sonra türk donanması Liviyaya göndərildi. Ərdoğanın taktikası özünü doğrultdu və o, Liviya hökuməti ilə Aralıq dənizinin karbohidrogen yataqları ilə zəngin olan qitə sahəsində birgə fəaliyyət istiqamətində müqavilə imzaladı. İndi gələk, Ərdoğanın Əfqanıstan taktikasına.
Qeyd edim ki, Əfqanıstan ərazisi zəngin təbii yeraltı resurslara malik bir ölkədir. Bu ölkədə zəngin neft-qaz, uran, qızıl və başqa minerallar var. Digər tərəfdən, Türkmənistandan Pakistan və Hindistana uzun qaz-boru xətləri də Əfqanıstan ərazisindən keçir. Gördüyünüz kimi, Əfqanıstanın geopolitik mövqeyi olduqca əhəmiyyətlidir. Bəs Ərdoğan burda hansı taktikanı həyata keçirəcək?
Məncə, Ərdoğan əvvəlcə Liviyada olduğu kimi, Əfqanıstan hökuməti ilə hərbi-texniki əməkdaşlıq sazişi imzalayacaq. Bu, Türkiyə iqtidarına Liviyada olduğu kimi vacibdir. Lakin bunun müqabilində də Əşrəf Qani hökuməti türklərə böyük güzəştlər təqdim etməli olacaq. Türklər də öz növbəsində dronlarını paytaxt Kabildə yerləşdirəcək.
Əslində, Ərdoğan da başa düşür ki, Əfqanıstanı tamamilə "Taliban"dan xilas etmək mümkünsüzdür. Bunu tarixdə nə Sovet İttifaqı, nə də ABŞ bacardı. Türkiyə "Taliban"la dini və məzhəbi yaxınlığından istifadə etməklə, dialoq kanallarını açıq saxlaya bilər. "Taliban" türklər kimi sünniliyin hənəfi məzhəbinə sitayiş edir. Türklər din və məzhəb amilindən istifadə edib "Taliban"la dil taparsa, Əfqanıstanda öz geopolitik maraqlarını xeyli təmin etmiş olar. Daha sonrakı mərhələdə "Taliban" və yerli hökumət müvəqqəti iqtidar qurmaq imkanı da əldə edə bilər. Yekun olaraq fikrimi belə tamamlamaq istəyirəm ki, türklərin Əfqanıstanda uzunmüddətli möhkəmlənməsi Mərkəzi Asiyada Ankaranın əlini gücləndirə bilər.
Əlbəttə, mən hər hansı turançılıq ideologiyasının bərqərar olmasını o qədər də asan hesab etmirəm. Lakin NATO üzvü Türkiyənin Əfqanıstan və Mərkəzi Asiyada yeni geopolitik aktor olması qərbin də maraqlarına cavab verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət
BƏƏ-də raket təhlükəsi elan edildi
21:10 04.05.2026
Dünya
Türkiyədən on il ərzində 1 407 568 suriyalı geri qayıdıb
20:57 04.05.2026
Region
“Çelsi” öz meydanında məğlub olub
20:44 04.05.2026
Futbol
Paşinyan Cənubi Kiprin prezidenti ilə TRIPP-i müzakirə etdi
20:30 04.05.2026
Dünya