Əhalinin yarısı peyvənd olunduqdan sonra İranda kütləvi tədbirlərin keçirilməsinə icazə verilə bilər
05:18 06.06.2021
Dünya
504
Kütləvi tədbirlərin keçirilməsinə icazə yalnız əhalinin yarısı peyvənd olunandan sonra verilə bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Cov İran Barakat” peyvəndinin hazırlanması üçün mütəxəssislərdən ibarət qrupun üzvü Mina Mehrazi deyib. O bildirib ki, yaxın günlərdə yaşı 18-dən aşağı olanlara “Cov İran Barakat” peyvəndi vurulacaq. Bu peyvəndin səmərəliliyi və təsirli olması kliniki sınaqlar zamanı özünü göstərib. Peyvənd vurulması həyata keçirildikdən sonra məktəb və universitetlərdə tədris prosesini başlamaq olar.
İranın Səhiyyə Nazirliyinin açıqlamasına görə, son sutka ərzində 6442 nəfər koronavirusa yoluxub, 128 nəfər isə həyatını itirib. Bununla da İranda yoluxanların ümumi sayı 2 milyon 960 min 751 nəfərə, yoluxaraq ölənlərin sayı isə 80 min 941-ə çatıb.
Xüsusi xəstəxanalarda müalicə alan 3808 xəstənin vəziyyəti ağır olaraq qalır. Müalicə alan 2 milyon 537 min 92 nəfər isə sağalaraq evə buraxılıb.
Son 3 həftə ərzində İranda koronavirusa yoluxma və ölün hallarında azalma müşahidə edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub
16:39 03.09.2026
Sosial
Atımı satıb Bakıya, Qurultaya gəldim - Tatar kəndlisi nə danışırdı?
16:37 03.09.2026
Tarix
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
16:35 03.09.2026
Dünya
Şagirdlərin yerdəyişməsi dayandırılır
16:12 03.09.2026
Elm və Təhsil
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm
Davudoğluna Ərdoğanı təhqir ittihamı ilə cinayət işi açıldı
13:48 03.09.2026
Dünya
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
13:44 03.09.2026
Aktual
İranda qırılma nöqtəsi yaxınlaşır - İsmail Cingözdən ŞƏRH
13:14 03.09.2026
Gündəm