Əl-Nəhyan və Tramp İranı müzakirə etdi

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed əl-Nəhyan və ABŞ Prezidenti Donald Tramp telefonla iki ölkə arasında əməkdaşlıq və münasibətlərin gücləndirilməsini müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə BƏƏ-nin dövlət mediası məlumat yayıb.

Tərəflər həmçinin İran ətrafındakı hadisələr və regional problemlərin həlli üçün davam edən səylər barədə fikir mübadiləsi aparıblar.