Əminə Ərdoğan Türkiyənin Milli Botanika Bağını ziyarət edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Türkiyənin Milli Botanika Bağını ziyarət edib.

Sherg.az xəbər verir ki, ziyarət zamanı o, Anadoluya məxsus kənd təsərrüfatı biomüxtəlifliyinin qorunması istiqamətində aparılan işlərlə tanış olub. Ata toxumlarından yetişdirilən 24 növ tərəvəz və meyvənin olduğu bağda pomidor, bibər, badımcan, qovun, lobya və qarğıdalı toplayıb.

Əminə Ərdoğan həmçinin Kənd Təsərrüfatı Biomüxtəlifliyi Muzeyini və Dekorativ Bitkilər İstehsalı Mərkəzini ziyarət edib, burada aparılan işlərlə bağlı məlumat alıb. Ziyarət zamanı onu Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı müşayiət edib.