Ən böyük məsuliyyəti ABŞ daşıyır
Turan
07:38 22.06.2021
Dünya
541
Paşinyanın təqdim etdiyi mina xəritəsinə tam etibar etmək olmaz
Ermənistan tərəfindən Azərbaycana təhvil verilən Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. Lakin Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov məsələyə aydınlıq gətirərək vurğulayıb ki, hazırda mütəxəssislər xəritələrin tam təhlilini aparır. Eyni zamanda bu iş praktiki olaraq ərazidə də həyata keçirilir.
Ona görə də indi hər hansı rəqəmi səsləndirmək, xəritələrin tərtibatının standartlara nə dərəcədə uyğun olub-olmaması barədə fikir söyləmək bir qədər tezdir: “Bir də söhbət təkcə Ağdamın minalanmış ərazilərinin xəritəsindən deyil, ümumiyyətlə, indiyədək əldə etdiyimiz mina xəritələrinin təhlilinin aparılmasından gedir. Bir daha təkrar edim ki, bu istiqamətdə əldə olunan nəticələr zamanı çatdıqca mütəmadi ictimailəşdiriləcək”.
Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev “Şərq”ə bildirib ki, minalanmış xəritələrin Azərbaycana təhvil verilməsi ilə bağlı iddialar əsassız deyil. Səbəbi odur ki, ərazilərimizi minalayan qruplar bu işi kor-koranə, bir çox hallarda isə xəritəsiz aparıblar:
“Hətta 44 günlük müharibə dövründə Ermənistan silahlı qüvvələrinin özlərinin basdırdıqları minalanmış sahələrin qurbanına çevrilməsi faktları var. Bu vəziyyətdə Nikol Paşinyanın təqdim etdiyi xəritəyə tam etibar etmək olmaz. Lakin bu məsələdə qarant duran ölkələrin üzərinə də müəyyən məsuliyyət qoyulmalıdır.
Hesab edirəm ki, həmin ölkələr, xüsusən ABŞ və Avropa strukturlarının nümayəndələri Ermənistanla birlikdə ərazilərin minalardan təmizlənməsi prosesində iştirak etməlidirlər. Bunu təmin edə bilsək, həm qarant ölkələr, həm də Ermənistanın özü maksimum dəqiq koordinantlar verməkdə maraqlı olacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol