Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan ölkənin keçmiş liderlərinin ailələrini qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
“Rəcəb Tayyib Ərdoğan Türkiyə demokratiya tarixinin qara səhifələrindən biri hesab olunan 27 may 1960-cı il hərbi çevrilişindən sonra edam edilən keçmiş baş nazir Adnan Menderes, xarici işlər naziri Fatih Rüştü Zorlu və maliyyə naziri Hasan Polatkanın, həmçinin dövrün prezidenti Cəlal Bayar və daxili işlər naziri Namık Gedikin ailələrini Dolmabahçe Sarayında qəbul edib”, - məlumatda bildirilib.