Ərdoğanın ABŞ səfəri! – Qovluğunda nələr var? – ŞƏRH
Fidan Həmişəyeva
12:23 09.09.2021
Dünya
798
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 19-22 sentyabrda ABŞ-da səfərdə olacaq. Bu barədə “Haber Global” Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına istinadla xəbər yayıb. Ərdoğan ABŞ səfərində ikitərəfli görüşlər keçirəcək və Türk evinin açılışına qatılacaq. Səfərdə nələrin müzakirə olunacağına dair fikirlərini “Sherg.az”la bölüşən politoloq Natiq Miri vurğulayıb ki, Türkiyənin ABŞ-la münasibətlərində bir çox problem var. Məhz səfər çərçivəsində bu istiqamətdə geniş müzakirələrin olacağı gözlənilir:
“İki ölkə arasındakı münasibətlərdə problemlər əsasən Türkiyənin təhlükəsizliyi ilə bağlıdır. Məlumdur ki, Amerika hər zaman Türkiyənin NATO üzrə “strateji müttəfiqi” sayılsa da, qardaş ölkəni parçalamaq istəyən terror ünsürlərinə dəstək verib. Həmin dəstək bu gün də davam edir. İraq və Suriyanın şimalında bunu görürük. PKK terrorçularına milyardlarla silah verən dövlət məhz Amerikadır.
Hazırda regionda yeni bir situasiya yaranıb. Amerika ola bilsin ki, öz qoşunlarını yalnız Əfqanıstandan deyil, Suriyadan da çıxarsın. Belə vəziyyətdə boşluğun doldurulması üçün regionun ən güclü dövləti olan Türkiyə ilə müzakirəyə ehtiyac var”.
Analitikin fikrincə, səfər zamanı müzakirə predmeti olan vacib məsələlərdən biri Əfqanıstanla bağlı olacaq:
“Türkiyənin Əfqanıstanın paytaxtı Kabildəki hava limanının idarə olunması prosesində iştirakı ABŞ-ın maraq çərçivəsindədir. Əfqanıstanda qlobal güclərin varlığı və təhlükəsizlik məsələsi də müzakirə olunacaq mövzular sırasındadır”.
N.Miri Türkiyənin Rusiyadan aldığı S-400 məsələsi barədə də fikir mübadiləsinin olacağını diqqətə çatdırıb:
“Türkiyə nəinki S-400 məsələsini müzakirə predmeti olmaqdan çıxarmadı, əksinə gələcəkdə Rusiya ilə birgə S-400-lərin istehsal prosesinin başlanmasına dair danışıqlar gedir. Təbii ki, bu da Amerika və NATO-nu ciddi şəkildə narahat edir.
Səfər zamanı ABŞ-ın Türkiyədə daxili ictimai-siyasi vəziyyətə müdaxilə etməməsi də görüşdə danışıla bilər. Çünki bu, Türkiyə üçün arzuolunan situasiya deyil. Zaman-zaman ABŞ bu proseslərə sərt şəkildə müdaxilə etməklə Türkiyədə hərbi çevrilişlərə nail olub. Ancaq son 20 ildə qardaş ölkədə vəziyyət dəyişib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya