Ərdoğanla Si Cinpin arasında görüş oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin sədri Si Cinpin ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.

Görüş Ərdoğanın ŞƏT Dövlət Başçıları Şurasının 25-ci Zirvə toplantısında iştirak üçün getdiyi Çinin Tiencin şəhərində olub.