Ermənistan bizimlə əlaqələri kəsir - Zatulin

Ermənistan hökuməti Avropa Birliyinə (AB) üzvlüklə bağlı qanun qəbul edərək Rusiya ilə münasibətləri kəsməyə doğru gedir.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin bildirib.

Zatulinin fikrincə, bu qərar Ermənistan cəmiyyətində AB-ni "işıqlı gələcək" kimi formalaşdırmağa yönəlib. O qeyd edib ki, ölkəni dəstəkləyən Avrasiya İqtisadi İttifaqı ilə əlaqələr isə tədricən keçmişdə qalır.

Parlamentari vurğulayıb ki, Avropa Birliyindən rəsmi dəvət olmamasına baxmayaraq, Ermənistan hökuməti ötən il üzvlük prosesinə başlamaq barədə qanun qəbul edib.

Deputatın sözlərinə görə, bu addım cəmiyyətdə Avropa Birliyinin Ermənistan üçün arzuolunan və perspektivli istiqamət olduğu barədə təsəvvür yaradır. Eyni zamanda, o, ölkənin mövcudluğunu və inkişafını təmin edən Rusiya və Avrasiya İttifaqı ilə əlaqələrin köhnəlmiş kimi qəbul edilməyə başlandığını deyib.