Ermənistan Jurnalistlər İttifaqının sədri: Ölkədə rəsmi məlumatlara etimad yoxdur
17:23 18.01.2022
Dünya
544
Hakimiyyətin 44 günlük müharibə zamanı fəaliyyəti cəmiyyətdə rəsmi informasiyalara birmənalı olaraq inamsızlıq formalaşdırıb.
AZƏRTAC “news.am” saytına istinadən bildirir ki, bunu yanvarın 18-də “İnformasiya vasitələri və cəmiyyət” mövzusunda keçirilən müzakirələr çərçivəsində çıxışı zamanı Ermənistan Jurnalistlər İttifaqının sədri Satik Seyranyan bildirib.
“Tam sülhün əldə olunmadığı, Ermənistanın hər vaxt müharibə riski ilə üz-üzə qaldığı məqamlarda cəmiyyət niyə etimadını itirən informasiya resurslarına inanmalıdır”, - deyə İttifaqın sədri bəyan edib.
Hakimiyyətin ictimai şüurda bərqərar olan əhval-ruhiyyəni yaxşı bildiyini və buna görə də kütləvi informasiya vasitələri ilə sosial şəbəkə qaynaqlarından mübarizəyə “girişdiyi”ni bildirən Satik Seyranyan bunu bir o qədər də səmərəli saymır.
“Müharibə vaxtı Müdafiə Nazirliyinin və rəsmi informasiya vasitələrinin yaydığı məlumatlar əhalini çaşdırmağa və yalana xidmət edirdi. Üstəlik, hərbi qulluqçuların gündəlik dəfn mərasimlərinin çəkilişi qadağan edilmişdi. Məqsəd informasiya vakuumu yaratmaq idi”, - deyən Seyranyan əmindir ki, həqiqət xalqa çatdırılsaydı, indiki nəticələrlə müharibəni ilk günlərdən dayandırmaq olardı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi