
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur -RƏY
12:06 27.03.2024
Dünya
639
Ermənistan bu gün Ukrayna, Moldova və Gürcüstandan sonra yeni qurban və antirusiya quruculuğunun mərkəzinə çevrilib
Bunu Rusiya hökuməti yanında Maliyyə Universiteti filialının direktoru, politoloq Pavel Klaçkov deyib.
“Qərb bu gün Ermənistana xüsusi münasibət göstərir. Amma bu prosesdə ayrı-ayrı dövlətlər xüsusilə fəaldır - xüsusən də onu öz himayəsinə götürən və az qala dünyalarla silah və əsgər yardımı söz verən Fransa. Bütün bu “himayədarlıq” və “vədlər” adi insanların əziyyət çəkəcəyi ximerdan başqa bir şey deyil. Ermənistanla bağlı vəziyyətin tez dəyişəcəyinə ümidim yoxdur. Göründüyü kimi, Rusiya-Ermənistan münasibətlərində mənfi mərhələ kifayət qədər uzun olacaq. Üzünüzə tüpürürlərsə, cəmiyyətdə antirusiya əhval-ruhiyyəsi alovlanırsa, buna dözmək olmaz. İnanıram ki, müəyyən bir vaxtda Rusiya qərar verəcək ki, kifayətdir. Və nəticədə Ermənistan yenə gəlib yalvarmağa başlayacaq”, - o bildirib.
Klaçkovun fikrincə, Qərb şübhəsiz ki, Cənubi Qafqazda ikinci cəbhə açmağa cəhd edir:
“Amma çətin ki, o bu planını həyata keçirə bilsin. Qərbin ona və bütün MDB məkanına açıq-aşkar hücum cəhdləri şəraitində Rusiya effektiv, praqmatik, real siyasət aparmalıdır. Bəli, Ermənistan rəhbərliyi Qərbin xüsusi xidmət orqanlarının rəhbərləri, Rusiya və Belarus müxalifəti ilə görüşür. Qərbin xüsusi xidmət orqanlarının Ermənistana böyük marağını görürük. Rusiya ilə Qərb arasında şiddətli qarşıdurma var. Amma bu da sonsuza qədər davam edə bilməz”.
Pavelin fikirlərinə münasibət bildirən politoloq Natiq Miri “Sherg.az”a söyləyib ki, bu təkcə Ermənistan Rusiya qarşıdurması deyil:
"Eyni zamanda, Ukrayna müharibəsi kontekstində eyni layihənin Rusiyanın geosiyasi və geoiqtisadi maraqları olduğu digər bölgələrə transformasiyasıdır. Cənubi Qafqazda isə belə zəif tərəf Ermənistandır. Nikol Paşinyan vaxtilə buna görə hakimiyyətə gətirilmişdi. Eyni prosesi tədricən Rusiyanın digər geosiyasi maraqları olan Mərkəsiz Asiya və Orta Asiyada da müşahidə edirik. Moskvada törədilən son terror aktını da bu yöndə dəyərləndirmək lazımdır. Rusiya üçün Ukraynadan kənarda da yeni cəbhələrin açılması planlaşdırılır. Buna Cənubi Qafqazın zəif bəndi Ermənistan və Mərkəzi Asiyada cəhd göstərilir. Yəni Rusiyanı öz qüvvələrini parçalayaraq digər cəbhələrə göndərməyə məcbur edirlər. Bu isə Rusiyanın mövqelərini Ukraynada zəiflədir”.

Ekspert qeyd edib ki, Rusiya, İran və Çin birliyi HƏMAS-ı İsrailə qarşı terror aktı törəktməyə yönləndirməklə ABŞ üçün ikinci cəbhə yaratdılar:
“Yəni ABŞ həm Ukraynaya hərbi təchizat, həm də müttəfiqi olan İsraili müdafiə etmək məcburiyyəti ilə üzləşdi. Bu gün Cənubi Qafqazda və Mərkəzi Asiyada olanlar Qərb dünyasının Rusiyaya cavabı olaraq düşünülməlidir. Rusiyanın qüvvələrini parçalayaraq Cənubi Qazqazda Ermənistana cavab vermək və Ukrayna ordusu ilə döyüşmək imkanları mövcud deyil. Ermənistanın Rusiyaya qarşı bu cür demarşları Ukrayna və Rusiya müharibəsi fonunda baş verir. Əgər Ukrayna müharibəsi olmasa idi, Ermənistan Rusiyaya açıq şəkildə qarşı çıxa bilməzdi. Qarşıdurmalar fonunda Ermənistanın dövlətinin tamamilə yox olma təhlükəsi nəzəri olaraq mövcuddur. Amma praktik olaraq Rusiya ikinci cəbhənin açılmasına hazır deyil. Eyni zamanda, Rusiyanın Ermənistana hərbi müdaxiləsi üçün konkret zəmin olmalıdır. Belə bir siyasi zəmin isə yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou