Fidan: Türkiyə Ukraynada sülhün bərqərar olması üçün töhfə verməyə hazırdır

Türkiyə Ukrayna münaqişəsinin nizamlanması prosesinə öz töhfəsini verməyə hazırdır.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrov ilə görüşü zamanı bildirib.

Hakan Fidanın sözlərinə görə, Ankara Ukrayna böhranının həlli üçün əlində olan bütün imkanlardan istifadə etməyə hazırdır. O vurğulayıb ki, Türkiyə danışıqlar prosesində vasitəçi kimi çıxış etmək niyyətini bir daha təsdiqləyir.

Nazir qeyd edib ki, Ukrayna münaqişəsinin sülh yolu ilə həlli Ankaranın xarici siyasətdə əsas prioritet istiqamətlərindən biridir.

Xatırladaq ki, Türkiyə daha əvvəl də Ukrayna məsələsində vasitəçilik missiyasını üzərinə götürüb. Məhz Ankaranın təşəbbüsü və iştirakı ilə 2022 və 2025-ci illərdə Istanbul şəhərində Moskva və Kiyev nümayəndələri arasında danışıqlar təşkil olunmuşdu.

Rəsmi Ankara hesab edir ki, diplomatik dialoq və qarşılıqlı kompromis regionda davamlı sülhün əldə olunmasının əsas şərtidir.