Fransanın televiziya binasında bomba həyəcanı

Fransanın "France Televisions" televiziya və radio yayım şirkətinin əməkdaşları binada bomba təhlükəsi səbəbindən təxliyə edilib.

Axar.az xəbər verir ki, bu barədə "Frans İnfo" telekanalı məlumat yayıb.

Bildirilib ki, saat 17:30-da (Bakı vaxtı ilə 20:30) "Frans İnfo" televiziya kanalında siqnal səsi eşidilib. Sonra şirkətin kanal və stansiyalarından yayımlar dayandırılıb.

Hadisə yerinə polis əməkdaşları və kinoloqlar göndərilib.