Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Nijni Novqorod vilayətində 50 yaşlı şəxsin saxlanıldığını açıqlayıb.
Sherg.az xəbər verir ki, qurumun iddiasına görə, o, Rusiyanın yeddi regionunda yerləşən strateji obyektlər və hərbi-sənaye müəssisələri barədə məlumat toplayaraq Ukrayna xüsusi xidmət orqanlarına ötürüb. Saxlanılan şəxs barəsində terror təşkilatının fəaliyyətində iştirak maddəsi ilə cinayət işi açılıb və barəsində həbs qətimkan tədbiri seçilib. FSB-nin məlumatına görə, şübhəli ittihamları etiraf edib.