FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

ABŞ federal agentləri San-Fransisko hava limanında demokratlardan olan keçmiş konqresmen Erik Svalvelin elektron cihazlarını müsadirə edib və ertəsi gün onun Vaşinqtondakı evində axtarış aparıblar.

Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd olunur ki, istintaq hərəkətləri Svalvelə ​​qarşı cinsi təcavüz iddiaları ilə bağlıdır.

Agentlər cihazları şənbə günü müsadirə ediblər və bazar günü onun evində axtarış aparıblar.

Svalvell CNN və "San Francisco Chronicle"ın cinsi təcavüz iddiaları ilə bağlı xəbərləri dərc etməsindən sonra aprel ayında Konqresdən ayrılıb.

Bundan sonra Manhetten Rayon Prokurorluğu və Los-Anceles Şerif Departamenti tərəfindən cinayət araşdırmaları başlandı.

Svalvell tərəfindən cinsi təcavüzə məruz qaldığını iddia edən iki qadın CNN-ə bildirib ki, onlar həmçinin FTB agentləri ilə də danışıblar.

Svalvell və onun vəkili hələlik vəziyyətlə bağlı şərh verməyiblər.