
Fuad Abbasov: Rusiya-Türkiyə yaxınlaşması hiss edilir. Qərb isə...
13:15 12.06.2024
Dünya
599
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi “X” internet səhifəsində bildirilib.
Məlumata görə, görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Rusiya Prezidenti Vladimir Putinə çatdıran Hakan Fidan iki ölkə arasında münasibətlərin fövqəladə yaxşı olduğunu söyləyib.
“Ukrayna mövzusundakı mümkün olan hər cür vasitəçilik fəaliyyətlərini davam etdirməkdə qərarlıyıq. İki lider olaraq Suriya mövzusunda irəli sürdüyünüz sabitlik siyasətini davam etdirmək üçün əlimizdən gələni edirik",-deyə Türkiyənin xarici işlər naziri qeyd edib.
Rusiya prezidenti Vladimir Putin isə öz növbəsində Türkiyə ilə Rusiya arasındakı münasibətlərdən məmnunluğunu ifadə edib. Bütün inkişafların Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyində baş verdiyini qeyd edib.
Görüşü “Sherg.az”a dəyərləndirən tanınmış jurnalist, politoloq Fuad Abbasov bildirib ki, həm Türkiyə, həm Rusiya bölgədə müstəqil siyasət aparmağa çalışırlar:

“Bu müstəqil siyasətin isə hər iki dövlətin mənfəətlərinə toxunmuş olan kollektiv Qərbə qarşı həyata keçirildiyi də şübhəsizdir. Vladimir Putin istər Taxıl sazişində, istərsə də Ukrayna probleminin həll olunmasında Rəcəb Tayyib Ərdoğanın xidmətlərini yüksək qiymətləndirdi. Eyni zamanda, Putin Ərdoğanın Rusiya səfəri haqqında məlumat verdi. Putinin bütün bu siqnalları, əlbəttə, kollektiv Qərbə doğru yönəlib. 60 ilə yaxın bir vaxt ərzində Kollektiv Qərb Türkiyəni müsəlman dövləti və Asiya ölkəsi olaraq Avropa Birliyinə qəbul etməkdən imtina etmişdi. Hətta uzun illərdən bu yana həm Avropa Şurasının, həm də Avropa Birliyinin qurucuları arasında yer almasına baxmayaraq, Türkiyə bu prosesdən uzaq saxlanılıb. Sovet İttifaqı dağıldıqdan sonra meydana gəlmiş ölkələr Avropa Birliyinə qəbul edilməsi Türkiyənin narahatçılığına səbəb olub. Ümumiyyətlə, kollektiv Qərbin Türkiyəyə qarşı həm siyasi, həm də hərbi olaraq atdığl addımlar qardaş ölkənin ürəyincə deyil. Bütün bunların nəticəsində biz Rusiya ilə Türkiyə yaxınlaşmasını hiss edirik. Rusiya-Türkiyə yaxınlaşmasının dəfələrlə Kollektiv Qərb xüsusən də Amerika tərəfindən təxribat yolu ilə qarşısı alınmağa çalışılıb. Bütün bu təxribatlara baxmayaraq, Rusiya-Türkiyə yaxınlaşma prosesi durmadan davam edir. Lakin bu proses Qərbin və Avropanın narazıçılıqlarına səbəb olur. Artıq bu yaxınlaşmanın nə ilə nəticələnəcəyini Qərb çox yaxşı bilir. İstər Asiya və Avropanı birləşdirən marşrutlar olsun, istərsə də yeni enerji daşıyıcılarının keçdiyi boru xətləri fonunda Türkiyə-Rusiya əməkdaşlığı Qərbin planlarının xaricinə çıxır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media