ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinin görüşü ərəfəsində Vaşinqton və Pekin arasında gərginlik artıb.
Sherg.az xəbər verir ki, "Financial Times"ın yazdığına görə, Çin G20-nin yekun kommünikesini “qeyri-bazar siyasətindən” imtina çağırışlarına görə imzalamaqdan imtina edib.
Pekin bu ifadənin ABŞ-ın Çinə qarşı tətbiq etdiyi ticarət məhdudiyyətlərini xatırlatdığını bildirərək Vaşinqtonu iki ölkə arasında əməkdaşlığa olan etimadı sarsıtmaqda ittiham edib.