Gürcüstan Baş naziri Prezidenti “satqın” adlandırıb -RƏY
Gürcüstan Baş naziri Prezidenti “satqın” adlandırıb -RƏY
Yusif Sultanoğlu
01:07 01.05.2024
Dünya
416
Qərbin və müxalifətin sərt etirazlarına baxmayaraq, hakim partiya qanunun qəbulunda israrlıdır
İki həftədən çoxdur ki, Gürcüstanda hakim “Gürcü Arzusu” Partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı etiraz aksiyaları keçirilir. Etirazçılar qanun layihəsinin Moskvanın göstərişi ilə hazırlandığını, iqtidar partiyasının ölkədə demokratik haqları məhdudlaşdırmağa çalışdığını, hakimiyyətin bütün qollarını öz əlində cəmləməyi hədəflədiyini bildirirlər. Lakin partiya xaricdən maliyyələşən təşkilatların birmənalı olaraq Gürcüstanın suverenliyinə təhdid olduğu, onların yekun hədəfin hakimiyyətə gəlmək və ölkənin milli maraqlarına zidd siyasət yürütmək olduğu qənaətindədir. “Gürcü Arzusu” ötən gün 100 mindən çox tərəfdarını parlament binasının qarşısına toplayaraq QHT-yə bağlı qanun layihəsinin ötən ildən fərqli olaraq bu dəfə qəbul ediləcəyinə dair qətiyyətli mesaj verdi. Mitinqdə çıxış edən partiyanın təsisçisi və fəxri sədri Bidzina İvanişvili xarici maliyyənin Gürcüstanda xeyriyyə işlərindən daha çox QHT-nin özlərinin gücləndirilməsinə sərf edildiyini, bu yolla onların gələcəkdə hakimiyyətə gətirilməsinin, yeni inqilabın planlaşdırıldığını bildirdi: “İctimaiyyət tez-tez soruşur ki, ölkə xaricindən QHT-nin şəffaflığına qarşı bu qədər ehtiraslı mübarizənin səbəbi nədir. Bizim komandamızın nümayəndələri bu suala doğru istiqamətdə cavab verirlər, lakin onlar tam həqiqəti deməkdən bir qədər çəkinirlər. Tam həqiqət isə budur ki, QHT-nin qeyri-şəffaf maliyyələşməsi Gürcüstan rəsmilərinin xaricdən təyin olunması üçün bir alətdir. Məqsəd Gürcüstanın seçilmiş rəsmilər tərəfindən deyil, “yarasalar” – xaricdən təyin edilmiş müasir Serqo Orconikidzelər və Qiqla Berbiçaşvililər tərəfindən idarə edilməsidir. Bunun baş verməsinin qarşısını almaq bizim özünü Gürcüstanın azadlığı ideyasına qurban vermiş gürcü ictimai xadimləri qarşısında borcumuzdur".
Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkə Prezidenti Salome Zurabişvilini “satqın” adlandırıb. Baş nazir prezidenti “dövlətin milli maraqlarına xəyanət”də ittiham edib: “Ən acınacaqlısı odur ki, hələ də qanuni olaraq Gürcüstan Prezidenti adlandırılan şəxs sözün əsl mənasında satqındır. Birbaşa Gürcüstanın milli maraqlarına xəyanət edir”. Onun sözlərinə görə, Zurabişvilinin ölkə prezidenti postunu tutması da üzücüdür. Kobaxidze buna görə gürcü xalqından üzr istəyib. Hakim “Gürcü Arzusu” Partiyasının rəhbərlik etdiyi hökumətlə prezident arasında fikir ayrılığı ötən il Zurabişvilinin hökumətin icazəsi olmadan Avropa turnesinə çıxması ilə başlayıb. Ziddiyyətlər son günlər hakim partiyanın ölkə parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini müzakirə etməsi ilə daha da kəskinləşib. Prezident də, Gürcüstan müxalifəti də bunu “Rusiya qanunu” hesab edir.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Gürcüstanda etirazlar inqilaba gətirib çıxarmayacaq. Onun sözlərinə görə, Qərbin və müxalifətin sərt etirazlarına baxmayaraq, hakim "Gürcü Arzusu" Partiyası qanunun qəbul edilməsində israrlıdır:
""Gürcü Arzusu" Partiyasının fəxri lideri Bidzina İvanişvili ötən gün Tbilisidə 120 minlik mitinq keçirməklə bu qanunun müəllifi olduğunu, prosesin arxasında özünün dayandığının mesajını verdi. Məhz 120 minlik mitinqin keçirilməsi Qərbə əzələ nümayişidir. Hakimiyyət geri çəkilməyəcəyini ortaya qoydu. Müxalifətin kiçik qruplarla mitinqinə qarşı hakimiyyətin keçirdiyi izdihamlı mitinq xalqın hakimiyyətin yanında olduğunu göstərmək idi. Xalqın dəstək verməməsi müxalifətin geri çəkilməsinə gətirib çıxaracaq. Amma bu qanun Gürcüstanda QHT və vətəndaş cəmiyyətini zəifəldəcək, ölkədə demokratik sistemin zəifləməsinə gətirib çıxaracaq. Qanun qəbul edildikdən sonra Qərblə Gürcüstan hakimiyyəti arasında narazılıq olsa da, konfontrasiya müvəqqəti xarakter daşıyacaq. Gürcüstan müxalifətində vahid lider olmadığı üçün Qərb hakimiyyətlə işləyəcək. İvanişvili hakimiyyətini gücləndirmək və vətəndaş cəmiyyətini Qərbin təsirlərindən qorumaq üçün bu üsula əl atıb. Qərbin Gürcüstanda vətəndaş cəmiyyətini və müxalifəti dəstəkləməsi hakimiyyətin maraqlarına cavab vermir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi
Prezident Naxçıvan şəhərinin Baş Planı ilə tanış olub
22:30 11.08.2026
Rəsmi
Mahmud Abbas Ankarada: Ərdoğanla görüşəcək
22:21 11.08.2026
Dünya
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
22:13 11.08.2026
Rəsmi
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində
22:06 11.08.2026
Rəsmi
Rubio Gilmanın azadlığa buraxılmasına görə Rusiyaya təşəkkür etdi
21:26 11.08.2026
Dünya
Bakının bu rayonlarında qaz olmayacaq
21:12 11.08.2026
Cəmiyyət
“Dərnəgül” elektrik deposu ilk qatarını qəbul edib
20:57 11.08.2026
İnfrastruktur