Gürcüstan "qırmızı zona"ya daxil olduğunu açıqladı

Mərkəz rəhbəri bir sıra məhdudiyyətlərin bərpa olunacağını bildirib

"Hazırda bütün göstəricilərlə qırmızı zonaya keçid aldıq".

24News.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamqrelidze açıqlama verib.

Onun sözlərinə görə, bu günədək ölkə narıncı zona hesab olunub:

"Hazırda bütün göstəricilərlə qırmızı zonaya keçid aldıq, əvvəllər narıncı zonada idik və indi qırmızı zonadayıq. Bu, həyəcan siqnalının əsas səbəblərindən biridir və müvafiq tədbirlər görülməlidir".

Mərkəz rəhbəri "qırmızı zona"ya daxil olduğumuz üçün, bir sıra məhdudiyyətlərin bərpa olunacağını bildirib:

"Şurada müzakirələr oldu və əlbəttə ki, bir sıra sərtləşmə həyata keçiriləcək. Hər şeydən əvvəl sərtləşmə qanunun icrası ilə bağlı olacaq. Əhali sərbəst buraxıldı, insanlar qapalı yerlərdə də maska taxmırlar. Həmçinin insanların daha çox toplaşdığı açıq məkanlarda maskanın taxılmasının məcburi olmasına dair qərar verildi. Artıq Koordonasiya Şurasının Qərargahına tapşırıq verilib, tövsiyələr tezliklə hazırlanacaq", - deyə A. Qamqrelidze bildirib.