Gürcüstanda koronavirusa daha 148 nəfər yoluxub, 1 nəfər ölüb

Gürcüstanda ötən sutka ərzində koronavirusa 148 yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 651 470 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan bir nəfər ölüb, 425 nəfər isə sağalıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 16 771 nəfər, sağalanların sayı isə 1 631 434 nəfər təşkil edir.