
Gürcüstandakı Monitorinq Missiyasındakı dəyişiklik diplomatik gedişdir -ŞƏRH
10:41 27.03.2024
Dünya
538
Avropa İttifaqı (Aİ) Şurası Gürcüstandakı Monitorinq Missiyasına yeni rəhbər təyin edib.
Monitorinq Missiyasının rəhbəri vəzifəsinə fransalı qadın general-mayor Bettina Boughani təyin olunub.
O, martın 21-dən dekabrın 14-dək missiyasının rəhbəri vəzifəsini icra edəcək.
Bildirilir ki, B.Boughani Fransa milli jandarmının zabitidir və bundan əvvəl BMT-də, həmçinin Fransa Daxili İşlər Nazirliyində yüksək vəzifələr tutub.
Mövzu ilə bağlı “Sherg.az”a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, bu gün Avropa İttifaqı Şurasının Gürcüstandakı Monitorinq Missiyasındakı dəyişiklik diplomatik gedişdir:

"Daha əvvəlki dövrlərdə də Aİ Şurasının Gürcüstandakı Monitorinq Missiyasının rəhbəri prosedurlara uyğun olaraq dəyişdirilib. Avropa İttifaqının Gürcüstanla bağlı aydın siyasəti mövcuddur. Gürcüstanın hazırkı və bundan əvvəlki hakimiyyəti Rusiya ilə münasibətlərin pozulması siyasətindən imtina ediblər. Amma Qərb strukturları ilə də əlaqələrini davam etdirirlər. Ona görə də hansısa simaların Aİ-nın Gürcüstandakı Monitorinq Missiyasına rəhbər kimi gəlməyi önəmli məsələ sayılmır. Yəni Gürcüstan və Aİ-nın münasibətləri hansısa siyasətçinin siyasi karyerasından asılı deyil. Yeni rəhbərin gəlməsi Aİ və Gürcüstan əlaqələrində böyük kordinal dəyişikliklərə səbəb olmayacaq. Bu günə qədər Gürcüstanı geosiyasi oyunlara çəkməyə çalışan Qərbin imperialist dairələri onlar qarşısında üzərinə götürdüyü heç bir öhdəliyi yerinə yetirməyib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou