Haaretz: Netanyahunun iddiasına zidd olaraq ordu hücum hazırlığı aşkarlamayıb

İsrail mətbuatı Baş nazir Binyamin Netanyahunun ölkəyə hücum təhlükəsi ilə bağlı açıqlamasının əksinə olaraq, ordunun seçkilər ərəfəsində hər hansı hücum hazırlığı və ya əməliyyat aktivliyi aşkar etmədiyini yazıb.

Sherg.az xəbər verir ki, “Haaretz” qəzetinin ordu mənbələrinə istinadən yaydığı xəbərə görə, İsrailə qarşı mümkün hücuma işarə edən konkret hazırlıq və ya əməliyyat hərəkətliliyi müəyyən edilməyib.

Bildirilib ki, təhlükəsizlik qurumları orduda hazırlıq səviyyəsini artırmayıb, ehtiyatda olan hərbçiləri xidmətə çağırmayıb və kritik fövqəladə hallar üzrə şəxsi heyətin səfərbərliyinə başlamayıb.

Məlumata görə, təhlükəsizlik rəsmiləri Netanyahu-nun açıqlamasının hansı kəşfiyyat məlumatına əsaslandığını və baş nazirin hansı cəbhəni nəzərdə tutduğunu müəyyən edə bilməyib.

Netanyahu isə oktyabrın 27-də keçirilməsi planlaşdırılan parlament seçkiləri ərəfəsində İsrailə qarşı xarici hücum hazırlığının olduğuna dair əlamətlər müşahidə edildiyini iddia edib. Müxalifət partiyaları bu açıqlamanı “siyasi manevr” kimi qiymətləndirib.