Haitidə Müdafiə Nazirliyinin aparat rəhbəri oğurlanıb

Haitidə Müdafiə Nazirliyinin aparat rəhbəri Ceyms Boyard silahlı şəxslər tərəfindən oğurlanıb.

Bu barədə "Associated Press" məlumat yayıb.

Agentliyin məlumatına görə, Boyard həm də polis baş müfəttişi və təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert hesab olunur.

Qeyd edilir ki, bu, Haitidə indiyədək oğurlanan ən yüksək vəzifəli dövlət məmurudur.