
Hasan Oktay: İran müttəfiqlərinin mövqelərini nəzərə alaraq ehtiyatlı diplomatik xətt izləməlidir
13:20 23.06.2025
Dünya
298
Hazırda Rusiya diplomatik kanalları işə salaraq İranın qarşılaşdığı hücumların qarşısını almağa çalışır
Çin isə əksinə, ABŞ-ninn İranda daha genişmiqyaslı bir müharibəyə sürüklənməsindən fayda gözləyir
İranın xarici işlər naziri Abbas Əraqçi bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək və İranın Ali rəhbəri Ayətullah Əli Xameneinin ona ünvanladığı xüsusi məktubu təqdim edəcək. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məktubda Tehran tərəfi regional gərginlik fonunda Moskvadan dəstək gözlədiyini bildirir. Əraqçi jurnalistlərə açıqlamasında bildirib ki, səfərinin əsas məqsədi Rusiya ilə İran arasında əməkdaşlığı və bölgədəki vəziyyəti müzakirə etməkdir:
“Bu gün cənab Putinlə birbaşa görüşə ümid edirəm. Əsas məqsədimiz regional vəziyyəti və iki ölkə arasında əməkdaşlığı müzakirə etməkdir", – deyə o vurğulayıb.
Eyni vaxtda Çin də bölgədə diplomatik səyləri gücləndirir. Çin Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasında Rusiya, Çin və Pakistan tərəfindən hazırlanmış İranla bağlı qətnamə layihəsini dəstəkləyəcəyini açıqlayıb. Çin rəsmiləri ümid etdiklərini bildiriblər ki, Təhlükəsizlik Şurasının digər üzvləri də bu layihəni dəstəkləyəcək və sənəd bölgədə sülh və sabitliyin qorunmasına töhfə verəcək.
Çin tərəfi əlavə edib ki, təqdim edilən qətnamə layihəsi Yaxın Şərqdə gərginliyin azaldılması və diplomatik yollarla həllin təşviqinə xidmət edir.
Beləliklə, həm Moskva, həm də Pekin diplomatik cəbhədə İranla daha sıx koordinasiyaya doğru addımlayır. Bu isə Qərblə gərginliyin artdığı bir dönəmdə Tehranın regiondakı mövqeyini gücləndirmək cəhdinin tərkib hissəsi kimi qiymətləndirilir.
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Sherg.az-a bildirib ki, İranla Amerika arasında nüvə danışıqları nəticəsiz başa çatdıqdan sonra İsrailin SEPAH-a hücumu bölgədə İran–İsrail gərginliyini artırdı:

"Bu gərginlik fonunda ABŞ prosesə müdaxilə edərək B-2 bombardmançı təyyarələri ilə İranın üç nüvə obyektini bombaladı. Bu hadisələr fonunda Rusiyanın və Çinin tutacağı mövqe maraq doğurur. Xüsusilə İranın xarici işlər naziri Abbas Əraqçinin Cenevrə və İstanbul görüşlərindən sonra Moskvaya səfəri “Moskva–Tehran ittifaqı formalaşırmı?” sualını gündəmə gətirib. Əslində, yanvar ayında İran prezidenti Moskvaya səfəri zamanı Rusiya ilə genişmiqyaslı bir razılaşma sənədi imzalamışdı. Lakin bu sənəddə müdafiə məsələsi qeyri-müəyyən saxlanılmış, yəni hər hansı xarici müdaxilə halında iki ölkənin bir-birinə hərbi dəstək verməsi açıq şəkildə qeyd olunmamışdı. Hazırda Rusiya diplomatik kanalları işə salaraq İranın qarşılaşdığı hücumların qarşısını almağa çalışır. Çin isə əksinə, ABŞ-ninn İranda daha genişmiqyaslı bir müharibəyə sürüklənməsindən fayda gözləyir. Çinin planı odur ki, İran üzərində Amerikaya qarşı "Çin səddi" quraraq ABŞ-ni beş il ərzində İranda saxlasın. Bu zaman ABŞ-də bir növ "Vyetnam sindromu" yenidən baş qaldıra bilər. Nəticədə ABŞ-nin Çinə qarşı hərbi və siyasi hərəkət potensialı zəifləyər. İran isə bu iki müttəfiqinin mövqelərini nəzərə alaraq ehtiyatlı bir diplomatik xətt izləməlidir. ABŞ-ın B-2 təyyarələri ilə etdiyi hücumlara birbaşa cavab verməkdən çəkinməlidir. Əvəzində, İsrailin təxribatlarını gündəmdə saxlayaraq, ABŞ-a qarşı hücum etməməsi diplomatiya üçün qapı aça bilər və bu, İsrailin də geri çəkilməsinə səbəb ola bilər".
Politoloq əlavə edib ki, əgər İsrail təxribatı dayandırarsa, ABŞ-la nüvə danışıqları yenidən başlaya və İran üçün normallaşma prosesi işə düşə bilər:
"Donald Trampın da dediyi kimi, İranda bir sistem dəyişikliyi baş verə bilər. Bu sistem dəyişikliyinin türk kimliyi üzərindən sınaqdan keçirilməsi məqsədəuyğundur. Çünki İranı 1000 il türklər idarə edib. 1925-ci ildə İngilislər fars rejimini bir gecəqondu kimi qurdu, 1979-cu ildə isə Xomeyni bu quruluşun üstünə qaçaq inşaatla bir qat əlavə etdi. Hazırda İsrail bölgədəki kürdlər üzərindən yeni planlar qurmağa çalışsa da, bunun baş verməsi real deyil. Çünki türklər min illik dövlətlərinə sahib çıxacaqlar. Ancaq İran sistemində dəyişiklik zəruridir. Dini rəhbərliyin səlahiyyətləri prezidentə verilməli və İranın hər nöqtəsində prezident idarəçiliyi sistemi tətbiq olunmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət
BƏƏ-də raket təhlükəsi elan edildi
21:10 04.05.2026
Dünya
Türkiyədən on il ərzində 1 407 568 suriyalı geri qayıdıb
20:57 04.05.2026
Region
“Çelsi” öz meydanında məğlub olub
20:44 04.05.2026
Futbol
Paşinyan Cənubi Kiprin prezidenti ilə TRIPP-i müzakirə etdi
20:30 04.05.2026
Dünya