Hindistan şirkəti Estoniyanın müdafiə nazirini “aldadıb”: məmur istefa verəcəyini açıqladı

Estoniyanın müdafiə naziri Hanno Pevkur Ukrayna Silahlı Qüvvələri üçün bir Hindistan şirkətindən sifariş edilən mərmilərlə bağlı yaranmış qalmaqaldan sonra istefa vermək qərarına gəlib.

Sherg.az xəbər verir ki, Estoniya Kiyev üçün döyüş sursatı almağa cəhd edib və daha əvvəl heç bir mərmi tədarük etmədiyi bildirilən hindistanlı sahibkarlara ümumilikdə 70 milyon avro məbləğində avans ödəyib.

Estoniya Dövlət Nəzarətinin apardığı auditdən sonra bununla bağlı prokurorluq cinayət işi açıb. Pevkur özü bildirib ki, bu müqavilələri oxumayıb və “müdafiə nazirinin detallara varmasına ehtiyac yoxdur”.

Buna baxmayaraq, nazir məsuliyyəti öz üzərinə götürmək qərarına gəlib və istefa verəcəyini açıqlayıb. Onun istefası hələ ölkə parlamenti tərəfindən təsdiqlənməlidir.

Hanno Pevkur 2022-ci ildən Estoniyanın müdafiə naziri vəzifəsini tutur.