Hizbullah İsrail gəmisini vurdu

Hizbullah Livana hücum etməyə hazırlaşan İsrail hərbi gəmisinə hücum edib.

Axar.az xəbər verir ki, bu barədə Hizbullahın yaydığı bəyanatda bildirilib.

“İslam Müqaviməti döyüşçüləri Livan ərazisinə hücum etməyə hazırlaşan İsrail hərbi gəmisinə zərbə endiriblər. Zərbə bir neçə saatlıq müşahidədən sonra qanadlı raket ilə həyata keçirilib. Zərbə dəqiq hədəfə dəyib”, - məlumatda qeyd olunub.