Hörst: İrana qarşı hərbi əməliyyat ABŞ-yə 29 milyard dollara başa gəlib

ABŞ və İsrailin İrana qarşı əməliyyatı çərçivəsində Vaşinqtonun hərbi xərcləri bu günə qədər 29 milyard dollar təşkil edib.

"Report" "The Guardian"a istinadən xəbər verir ki, bunu Pentaqonun baş maliyyə məmuru Culs Hörst bildirib.

O qeyd edib ki, bu məbləğə hərbi texnikanın yenilənməsi, təmiri və dəyişdirilməsi, eləcə də əməliyyat xərcləri daxildir.

Hörst vurğulayıb ki, xərclər ötən ayın sonunda açıqlanan göstərici ilə müqayisədə 4 milyard dollar artıb.

Qeyd edək ki, aprelin sonunda ABŞ-nin müharibə naziri Pit Heqset İrana qarşı hərbi əməliyyat çərçivəsində ABŞ-nin xərclərinin 25 milyard dollar təşkil etdiyini bildirib.