“Səudiyyə Ərəbistanının hərbi obyektlərini hədəfə almaq üçün tam və qanuni haqqımız var”.
Teleqraf xəbər verir ki, bu barədə Yəmənin üsyançı “Ənsarallah” Hərəkatının (husilər) bəyanatında bildirilib.
Hərəkat Səudiyyə Ərəbistanının Bab əl-Məndəb boğazının təhlükəli olduğuna dair açıqlamasını da rədd edib.
“Bab əl-Məndəb boğazı gəmilər üçün təhlükəsizdir”, - açıqlamada bildirilib.